Voronej şəhərinin ən böyük bazarının sahibi və azərbaycanlı icma rəhbəri Yusif Xəlilov həbs edilib.
Operativ Media xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
"İyulun 1-də xüsusi təyinatlı dəstə Yusifin evinə basqın edib, evdə axtarış aparıb və hüquq-mühafizə orqanları müsadirə olunmuş telefonlarda sübutlar tapıb. O zaman Xəlilov ifadə verməkdən imtina edib və günahını tanımayıb. İcma rəhbəri həbs olunub və ona 7-12 il azadlıqdan məhrumetmə və xaric edilməsi təhlükəsi var, korrupsiya ittihamı ilə”, – teleqram kanalı bildirir.