AZ

Tramp Rusiya-Ukrayna münaqişəsini həll edəcəyini vurğulayıb

“Həmişə etdiyim kimi, bunu da həll edəcəm”.

ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsini həll edəcəyini deyib.

Tramp illərlə konfliktlərin həll olunması ilə məşğul olub lakin müsbət nəticə ala bilməyən, bununla belə onu tənqid edən insanları axmaq adlandırıb.

“Mən prezident olsaydım, bu müharibə baş verməzdi. Mən nə etdiyimi dəqiqliklə bilirəm. Mənə illərlə bu münaqişələr üzərində işləyən, lakin heç bir şey edə bilməyən insanların məsləhəti lazım deyil. Onlar axmaq insanlardır və sadəcə Rusiya-Ukrayna müharibəsinin həllini çətinləşdirirlər. Yüngül çəkimə və paxıl tənqidçilərimə baxmayaraq, həmişə etdiyim kimi bunu da həll edəcəm”, – Tramp qeyd edib.

MənbəAPA
Seçilən
23
45
banker.az

10Mənbələr