AZ

Hindistanın Baş naziri Modi Putinlə Alyaska danışıqlarını müzakirə edib

ain.az bildirir, Oxu.az portalına istinadən.

Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Modi "X" hesabında yazıb.

Danışıqlar zamanı Rusiya liderinin ABŞ Prezidenti Donald Trampla Alyaskada apardığı danışıqlar müzakirə olunub:

"Dostum Prezident Putinə telefon zənginə və Prezident Trampla Alyaskadakı son görüşü ilə bağlı təəssüratını bölüşdüyünə görə təşəkkür edirəm. Hindistan ardıcıl olaraq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağırır və bu istiqamətdə bütün səyləri dəstəkləyir. Yaxın günlərdə fikir mübadilələrimizin davamını səbirsizliklə gözləyirəm".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
13
oxu.az

10Mənbələr