AZ

Tramp: "Girovların azad edilməsinin yeganə yolu HƏMAS-ın məhvidir"

ABŞ prezidenti Donald Tramp israilli girovların azad edilməsinin yalnız HƏMAS-ın məhv edilməsindən asılı olduğunü düşünür.

Moderator.az xəbər verir ki, Tramp bununla bağlı sosial media hesabında fikirlərini bölüşüb.

“Girovların geri qaytarılmasını yalnız HƏMAS məhv edildikdən sonra görəcəyik. Bu nə qədər tez baş versə, uğurun ehtimalı da bir o qədər çox olar. Xatırlayın, yüzlərlə girovun azad edilərək İsrailə və Amerikaya gətirilməsi barədə müzakirələri mən aparmışam. Mən sadəcə 6 ayda, 6 müharibəni sonlandırmışam. Mən İranın nüvə təsisatlarını məhv etmişəm. Ya udmaq üçün oynayın, ya da ümumiyyətlə oynamayın”- Tramp qeyd edib.

Seçilən
17
50
moderator.az

10Mənbələr