AZ

Şəhidlər Xiyabanında video çəkənlər bu ölkənin vətəndaşları imiş

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Avqustun 17-də üç əcnəbi Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Hurriyyet.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, saxlanılan şəxslərin Səudiyyə Ərəbistanının vətəndaşları olduğu bildirilir.

Artıq müvafiq ölkənin səfirliyinin öz vətəndaşları ilə maraqlandıqları qeyd olunur.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, Qəbir və ya meyit üzərində təhqiredici hərəkətə görə məsuliyyət cəlb edilən şəxslə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
4
hurriyyet.az

10Mənbələr