AZ

53 ildir sürülmür: ABŞ-də köhnə anbarda 200 min dollarlıq avtomobil tapıldı – FOTO

ABŞ-də çox nadir "500 Hemi" versiyasında sahibsiz "Dodge Charger" avtomobili tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Autoevolution" məlumat yayıb.
 

1969-cu il istehsalı, 425 at gücünə malik bu avtomobillərdən yalnız 67 ədəd buraxılıb. Nadir model 1972-ci ildən bəri sürülmür.


Məlum olub ki, onun sahibi boya işlərinin keyfiyyətindən narazı qalıb və maşını yenidən rəngləmək istəyib. O, köhnə boyanı qismən sıyırıb, lakin işi başa çatdıra bilməyib.

"Dodge Charger"in yürüşü 35,4 min km-dir.

İdman avtomobili bərpa edildikdən sonra satılacaq. Hazırda belə avtomobillərin qiyməti orta hesabla 200.000 dollardır. (Oxu.az)




Bizim.Media

Seçilən
14
50
bizim.media

10Mənbələr