Braziliyanın tarixi klublarından "Santos" ağır məğlubiyyət alıb.
Fanat.Az xəbər verir ki, komanda Braziliya A Seriyasında səfərdə "Vasko da Qama"ya 0:6 hesabı ilə uduzub.
Oyundan sonra kameralara yansıyan görüntülərdə ulduz futbolçu Neymarın göz yaşlarını tuta bilmədiyi müşahidə olunub. Braziliyalı oyunçu yetirməsi olduğu klubun bu duruma düşməsindən dərindən təsirlənib.
Qeyd edək ki, hazırda "Santos" turnir cədvəlində aşağı diviziona enmə xəttinin cəmi 2 xal üstündə qərarlaşıb və mövsümün sonuna qədər vəziyyət daha da kritik ola bilər.
Kamil Xudiyev