AZ

Putin və Sadır Japarov telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putin və Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Prezidentlər Alyaskada keçirilən Rusiya-Amerika sammitinin yekunlarına dair fikir mübadiləsi aparıblar.

Qırğızıstan Prezidenti qeyd edib ki, sammit etimadın möhkəmləndirilməsi və qlobal gərginliyin azaldılması istiqamətində mühüm addım olub və Moskva ilə Vaşinqton arasında əldə olunmuş qarşılıqlı fəaliyyət səviyyəsi Ukrayna böhranının sülh yolu ilə nizamlanmasına əlavə şərait yaradır.

Japarov həmçinin vurğulayıb ki, Qırğızıstan regionda sabitliyin möhkəmləndirilməsinə müstəsna əhəmiyyət verir və davamlı inkişaf maraqları naminə Rusiya ilə əməkdaşlığa hazır olduğunu təsdiqləyir.

Seçilən
10
50
operativmedia.az

10Mənbələr