AZ

Rusiya etdiklərini kimin boynuna atır?

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Köhnədən belə bir fikir var ki, Rusiyanın qonşuluğundasansa, ya onun əlaltısı olmalısan, ya da düşməni. Rusiya öz siyasəti ilə Azərbaycanı düşmənçiliyə sövq edir. Halbuki bu, bizim milli maraqlarımıza cavab vermir".

Bunu Baku TV-nin "Aktual gündəm" verilişində millət vəkili Rasim Musabəyov deyib.

O qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərini xoşagəlməyən nöqtəyə gətirmək niyyətində deyil.

"Amma heyvərəliyi qəbul etmək Azərbaycan üçün qeyri-mümkündür. Təyyarəmizi vururlar, boyunlarına almırlar. Deyirlər ki, bu vəziyyəti Ukrayna PUA-ları yaradıb, günah onlarındır. Ya xəbərdarlıq etməlisən ki, burada hərbi vəziyyətdir, ya da təyyarəyə enməyə imkan yaratmalısan", - deyə R.Musabəyov əlavə edib.

Daha ətraflı süjetdə:

Rusiya etdiklərini kimin boynuna atır?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
39
oxu.az

10Mənbələr