Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkib paylaşan əcnəbilərin məhkəməsi başlayıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir, Səbail Rayon Məhkəməsində hər üç əcnəbi hakim qarşısına çıxarılıb.
Hazırda onların barəsində həbs qətimkan tədbiri seçilir.
Məhkəmə prosesi qapalı keçirilir.
Qalereya
*** 14:21
Bakıda Şəhidlər xiyabanında qeyri-etik davranışa yol verən əcnəbilər məhkəməyə aparılıblar.
Far.Az Oxu.Az-a istinadən xəbər verir, həmin şəxslər barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün Səbail Rayon Məhkəməsinə gətiriliblər.
Hazırda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
*** 12:12
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb.
DİN Mətbuat Xidmətindən Far.Az-ə bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.