Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Əsədulla Abaçev ağır xəsarətlər alıb.
Far.Az xəbər verir ki, o sərhəd rayonlarından birində yaralanıb.
Bu barədə Dağıstanın rəhbəri Sergey Melikov bildirib.
"Bir neçə gün əvvəl həmyerlimiz, Rusiya Qəhrəmanı Əsədulla Abaçev sərhəd rayonlarından birində olarkən ağır yaralanıb", - deyə o qeyd edib.
Dağıstan rəhbəri onu da əlavə edib ki, o hazırda ölkənin ən yaxşı hərbi tibb mərkəzlərindən birində müalicə alır.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Rusiya Müdafiə Nazirliyinin hesabatlarından birində Abaçevin Leninqrad Hərbi Dairəsinin komandirinin müavini vəzifəsində işlədiyi bildirilib.
O, 2022-ci ildə Rusiya Qəhrəmanı adına layiq görülüb.