ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə hisslərini bölüşüb.
News24.az xəbər verir ki, o bu günkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib.
“Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib.
Diqqətə çatdıraq ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.