AZ

Bakıdakı məşhur şadlıq saraylarının menyu qiymətləri - SİYAHI

Məhərrəmlik ayının başa çatmasına az müddət qalıb. Bununla əlaqədar olararaq restoran və şadlıq evlərinə olan tələbat artır. Bu dövr ənənəvi olaraq toyların intensivləşdiyi, sifarişlərin çoxaldığı və tədbir sektorunun canlandığı mərhələ kimi xarakterizə olunur.

Bəs restoranlarda menyu qiymətləri nə qədərdir?

Operativ Media hazırda paytaxtda fəaliyyət göstərən məşhur şadlıq saraylarının bəzilərinin menyu qiymətlərini təqdim edir:

  • Bağçalı Saray – 200 AZN-dən başlayır.

  • Meridian Palazzo – Menyu qiyməti 80 AZN-dən başlayır.

  • By Meridian – 140 AZN-dən başlayır.

  • Meridian Park Luxury Zal – 250 AZN-dən başlayır.

  • SS Hall – Menyu qiymətləri 130-160 AZN arası dəyişir.

  • Grand Opera – Klassik zalda 110 AZN, Kristal zalda isə 170 AZN təşkil edir.

  • Sapfir Saray – 160 AZN-dən başlayır.

  • Böyük Saray – Menyu qiymətləri 250 AZN, 300 AZN və 400 AZN olaraq təklif olunur.

  • Milord Hall – 45 AZN-dən başlayır.

  • Monte Karlo – Menyu qiymətləri 60 AZN, 70 AZN və 80 AZN təşkil edir.

  • Altun Saray – 70 AZN-dən başlayır.

Ümumilikdə, şadlıq saraylarının qiymətləri müxtəlif büdcələrə uyğun təklif olunur. Daha sadə və əlçatan menyular 45-70 AZN aralığında olduğu halda, daha lüks zalların qiymətləri 200 AZN-dən başlayır.

Şəfa Hüseynli

Seçilən
32
22
operativmedia.az

10Mənbələr