AZ

Burak Yılmaza Superliqa təmsilçisindən təklif

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Superliqasında çıxış edən "Qaziantep" futbol klubu baş məşqçi postu üçün Burak Yılmazla razılıq əldə edib.

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, klub uğursuz nəticələr səbəbindən baş məşqçi İsmet Taşdemir ilə yollarını ayırmaq qərarına gəlib.

Rəhbərlik yeni mövsümdə komandanı Burak Yılmaza tapşırmaq niyyətindədir.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, tərəflər arasında ilkin razılıq əldə olunub və müqavilənin imzalanması üçün son detallara aydınlıq gətirilir.

Yılmaza 1+1 illik müqavilə təklif olunub və o, bu təklifi müsbət qarşılayıb.

Qeyd edək ki, yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
50
oxu.az

10Mənbələr