AZ

Arıqlayan işçilərə əlavə pul verilir

Saglamolun portalından verilən məlumata görə, ain.az xəbər yayır.

BU ŞİRKƏT SAĞLAMLIĞA TƏŞVİQ EDİR “Arıqla və pul qazan” adlı çəki itirmə çağırışı sosial şəbəkələrdə sürətlə populyarlaşaraq 6,5 milyondan çox baxış toplayıb. Çinin tanınmış kamera və stabilizator istehsalçısı Insta360 şirkəti əməkdaşları üçün qeyri-adi təşəbbüsə imza atıb.Şərtlərə görə, hər bir əməkdaş 0,5 kq çəki azaltdığına görə 500 yuan, təxminən 119 manat mükafat alır. Əksinə, əgər işçi eyni miqdarda kökəlirsə, o zaman 800 yuan, təxminən 184 manat məbləğində cərimələnir. Hazırda layihədə 99 əməkdaş iştirak edir və onlar birlikdə 950 kiloqram arıqlayaraq ümumilikdə təxminən 1 milyon yuan, yəni 238 000 manat qazanıb. Insta360 rəhbərliyi bu çağırışın məqsədinin sağlam həyat tərzini təşviq etmək və iş mühitində pozitiv atmosfer yaratmaq olduğunu bildirib.

Saglamolun.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
6
saglamolun.az

7Mənbələr