AZ

İsrail Azərbaycan münasibətləri strateji xarakter daşıyır Ronen Krausz

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

İsrail-Azərbaycan münasibətləri, həqiqətən də, strateji xarakter daşıyır. SİA xəbər verir ki, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.

Diplomat iki ölkənin liderləri və xalqları arasında əsl dostluq münasibətlərinin mövcud olduğunu vurğulayıb.

Səfir, eyni zamanda, Azərbaycanda yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
50
sia.az

10Mənbələr