AZ

Pezeşkiandan Zəngəzur açıqlaması: Bu adla bölgəyə girmək istəyirlər

BAKI, 18 avqust. TELEQRAF

“İranın qonşu və dost Ermənistanla çoxillik və strateji əlaqələri var”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian jurnalistlərə deyib.

ABŞ şirkətinin Zəngəzur dəhlizinə mümkün nəzarəti ilə bağlı prezident bildirib:

“Əlbəttə, Amerika şirkətlərinin regionda hansısa şirkət adı ilə gəlir, sonra başqa nəsə axtarırlar, belə bir narahatlıq var. İndiyə qədər olan təcrübə göstərir ki, onlar bu yolla girirlər və biz Ermənistan rəsmiləri ilə bu narahatlıq və narahatlıqlarla bağlı müzakirələr aparacağıq”.

İran prezidentinin sözlərinə görə, bu gün İrəvanda tikinti, mədənçilik, incəsənət, sosial və turizm sahələrində sənədlərin imzalanması planlaşdırılır.

Seçilən
159
50
teleqraf.com

10Mənbələr