AZ

Rusiyada müəllimin şagirdi sıxışdırması ilə bağlı cinayət işi AÇILMADI

Ajans.az Ural Mash Telegram kanalı-na istinadən xəbər verir ki,hadisə bu ilin may ayında Pervouralsk məktəbində baş verib. Şagirdin anası müəllimin ona qarşı qeyri-etik davranışı barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, müəllim dərsdən sonra oğlu ilə tək qalaraq ona yaxınlıq etməyə cəhd göstərib. Müəllim isə izahatında şagirdi laboratoriyaya çağırdığını, şalvarını bəyəndiyi üçün ona toxunduğunu və şalvarını çıxarmağı təklif etdiyini etiraf edib. O, bunu "uşaqlara qarşı cazibə" və özünü idarə edə bilməməsi ilə izah edib, lakin cinsi niyyətinin olmadığını bildirib. Məlum olub ki, müəllimin 1993-cü ildə də oxşar hərəkətinə görə işdən çıxarıldığı, daha sonra müalicə kursu keçərək yenidən pedaqoji fəaliyyətə başladığı qeyd olunub.

 

Seçilən
45
50
Ajans.az

10Mənbələr