AZ

Paytaxtda itkin düşən şəxs axtarılır

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxt sakini itkin düşüb.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi rayonu sakini 51 yaşlı İlham Səfərov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

İ.Səfərovun əlamətləri: boyu 161 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində idman üslublu, tünd boz rəngli şalvar və açıq boz rəngli idman köynəyi olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin (012) 441-23-80, (012) 440-02-02 şəhər nömrələri və (050) 339-03-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
26
apa.az

10Mənbələr