AZ

“Ermənistanın Rusiya təsir dairəsindən uzaqlaşması Moskvanı narahat edir” - Politoloq

“Ermənistanın Rusiya təsir dairəsindən uzaqlaşması Moskvanı narahat edir”.

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi, xüsusilə də Baş nazir Nikol Paşinyan son dövrlər Rusiyanın patronajlığı altında olan qurumlardan açıq şəkildə imtina edir.

Onun sözlərinə görə, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərində nümayişkaranə şəkildə iştirak etmir və üzv kimi öhdəliklərindən yayınır:

“Ermənistan MDB və Avrasiya İttifaqına maraq göstərsə də, bu qurumlarda da aktivlik nümayiş etdirmir. Hətta İqtisadi Əməkdaşlıq Təşkilatında belə formal şəkildə iştirak edir. Rusiya mediasında yayılan məlumatlara görə, Moskva Ermənistanın bu passivliyini nəzərə alaraq, onun bəzi təşkilatlardan çıxarılmasına təzyiq göstərə bilər. Çünki bu davranış digər ölkələr üçün də mənfi presedent yaradır”.

Taleh Əliyev qeyd edib ki, belə bir addım Ermənistan rəhbərliyinin siyasi kursuna uyğun gəlir və Paşinyan hökuməti bu prosesi əslində arzuolunan hesab edir:

“Paşinyan və komandası üçün Rusiyanın təsir dairəsindən uzaqlaşmaq hədəfdir. Ermənistan hakimiyyəti bunu öz iradəsi ilə etməsə də, Rusiya tərəfindən məcburi çıxarılma onların istəklərinə cavab verir”.

 News365.az

Seçilən
44
50
news365.az

10Mənbələr