AZ

Səhər qəhvəsi xoş əhval yaradır

Səhər qəhvəsi xoş əhval yaradır

Alimlər müəyyən ediblər ki, səhərlər içilən qəhvə insanları daha xoşbəxt edir.

Tədqiqatçılar kafeinin beynində adenozin adlı kimyəvi maddəyə bağlı reseptorları blokladığını və bunun yuxu hissini azaltdığını aşkar ediblər. Qəhvənin hansı saatlarda insanları daha xoşbəxt etdiyini araşdıran mütəxəssislər müəyyən ediblər ki, insan yuxudan oyandıqdan sonrakı 2,5 saat ərzində qəbul edilən qəhvə daha çox xoş əhval-ruhiyyə yaradır. Bildirilib ki, səhər saatlarında içilən qəhvə insanların ruh halını yaxşılaşdırır, günortadan sonra içilən qəhvə isə eyni təsiri göstərmir.

Araşdırma müəllifləri qeyd ediblər ki, qəhvə yalnız oyanıqlığı artırmır, həm də ürək sağlamlığını dəstəkləyə bilər. Eyni zamanda qəhvə metabolizmi sürətləndirə və xroniki xəstəlik riskini azalda bilər. Alimlər kortizol səviyyəsinin yüksək olduğu saatlarda qəhvə içməməyin vacibliyini vurğulayıb və kafeinin faydalarından tam yararlanmaq üçün qəhvənin günün ən uyğun saatlarında qəbul edilməsini tövsiyə ediblər.

Amerikanın Merilend Universitetinin araşdırmasına görə, səhər qəhvəsini yuxudan duran kimi deyil, 09:30–11:30 arasında içmək lazımdır. Mütəxəssislər bildiriblər ki, gündə 5 fincandan çox qəhvə zərərlidir və qəhvənin oyanıqlıq yaratmasının səbəbi kafeinin sinir sistemini stimulə edərək kortizol hormonu ilə qarşılıqlı əlaqəyə girməsidir.


Seçilən
38
9
afn.az

10Mənbələr