[center][/center]2021-2024-cü illərdə “Bakı şəhərinin Sabunçu rayonunda qrunt sularının təmizlənməsi” tədbiri üzrə büdcə xərcləri proqnozla müqayisədə az icra edilib.[center]
[/center]Xalq xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sözügedən tədbirlə əlaqədar ayrılan büdcə vəsaitinin 2021-ci ildə 11.3%-i, 2022-ci ildə 13.9%-i, 2023-cü ildə 44.2%-i, 2024-cü ildə isə 13.9%-i icra edilib. Beləliklə, büdcə vəsaitinin 2021-ci ildə 88.7%-i, 2022-ci ildə 86.1%-i, 2023-cü ildə 55.8%-i, ötən il isə 86.1%-i istifadəsiz qalıb.
Təqdim edilən izahedici məlumatlarda sözügedən tədbirlər üzrə vəsaitin proqnozdan daha az istifadə olunmasının səbəbləri kimi, ştatların optimallaşdırılması, satınalma prosedurlarının baş tutmaması, müqavilə dəyərinin ehtimal olunandan aşağı olması, strukturun təkmilləşdirilməsi tədbirləri, iki balıqartırma zavodunun ləğvi və s. səbəblər qeyd edilib.[center][/center]Qeyd edək ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ildə açılıb. Açılışda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov və qurumun digər rəsmi şəxsləri iştirak ediblər[center]
[/center]Rəsmi məlumata görə 23 oktyabrda Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində iki nəfər meyiti çıxarılıb.1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun meyitləri aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.(Xalq )