AZ

Pezeşkian Ermənistanda səfərdədir

Hurriyyet.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian İrəvana rəsmi səfərə gedib. 

Erməni mətbuatının yazdığına görə, səfər iki gün davam edəcək. Bu, Pezeşkianın İran Prezidenti seçildikdən sonra Ermənistana ilk səfəridir.

Pezeşkian Ermənistana yola düşməzdən əvvəl bildirib ki, İrəvana səfərində əsas məqsəd "Şimal-Cənub" nəqliyyat dəhlizinin müzakirəsidir. İran Prezidenti qeyd edib ki, "Şərq-Qərb" marşrutu ticarət üçün mühüm platforma ola bilər. O, energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində Ermənistanla əməkdaşlığın inkişafı məsələsinin də nəzərdən keçiriləcəyini qeyd edib.

Avqustun 19-da Prezident Pezeşkianın iştirakı ilə İran-Ermənisan biznes-forumunun keçiriləcəyi gözlənilir.

Pezeşkian Ermənistandan Belarusa yollanacaq.

Hürr Tərcüman

Seçilən
26
50
hurriyyet.az

10Mənbələr