AZ

Əmlak alarkən fırıldaq riski – “makler”lərə necə güvənməli? — Ekspert AÇIQLADI

Ölkədə “makler”lərin sayı durmadan artır. Artan makler sayı ilə risklər və şübhəli hallar da artır, bu isə alıcıları diqqətli olmağa məcbur edir. Bu artım bazarda şəffaflığı necə dəyişir və fırıldaqçılığın qarşısını almaq üçün nə etmək olar? Dövlət çərçivəsində bu sahə üçün hansı addımlar atıla bilər? Çünki vətəndaşlar aldadılmalarla qarşılaşır, dələduzluq edirlər.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, rieltor və vasitəçilər ölkənin yaralı yeridir. Onların qanunsuz fəaliyyəti sözsüz ki, problemlərə gətirib çıxarıb.

E. Azadovun sözlərinə görə, mövcud qanunlara uyğun olaraq fəaliyyət göstərənlər var. Sadəcə olaraq kölgə iqtisadiyyatının mühüm bir hissəsini təşkil edirlər.

Ekspert vurğulayıb ki, ölkədə qeyri-rəsmi statistikaya görə, 15 mindən çox şəxs bu sahədə müxtəlif xidmətlər göstərir. Onların da demək olar ki, 95 faizinin VÖEN-i yoxdur. Söhbət şirkətlərdən getmir. Hər hansı bir qazanc əldə edirlərsə, sözsüz ki, kölgə iqtisadiyyatıdır.

Ekspert qeyd edib ki, 2012-2014-cü ildə Azərbaycan Respublikası Rieltorlar Assosiasiyası bu istiqamətdə müəyyən işlər apardı. Rieltor peşəsinin qanunlaşması və leqallaşması ilə bağlı qanun layihəsi hazırlandı. Parlamentə, Prezident Administrasiyasına təqdim olundu. Sadəcə olaraq bir o qədər bu sahədə risklər o dövrdə çox olmadığına görə, qanunun baxılması hələ də gündəmdə açıq qalıb. Hazırda bu qanunun yenilənməsinə ehtiyac var. Bu istiqamətdə vaxtaşırı Azərbaycan Rieltorlar Assosiasiyasında müəyyən yığıncaqlar, müzakirələr aparılır. Çox güman ki, üzümüzə gələn ildən növbəti dəfə qanun layihəsi hökumətə təqdim olunacaq.

Elnur Azadov risklərdən qorunmaq üçün bildirib ki, ilk növbədə həmin Rieltorlar özləri qanunu pozurlar. Bu qanuna ziddir. Vətəndaşların daha çox ayıq olmaları tələb olunur. Mütləq olaraq əmlak əməliyyatlarını canlı şəkildə aparsınlar. Heç bir virtual elanlara inanmasınlar. Rieltorlarla üz-üzə gəlsinlər. Ofislə tanış olsunlar. Onun fəaliyyəti və VÖEN-i ilə tanış olsunlar. Hər hansı bir xidmət göstərərkən Rieltorlar müqavilə bağlasınlar. Müqavilə bağlandıqdan sonra xidmət göstərsinlər. Bu halda vətəndaşlar özlərini müxtəlif risklərdən qorumuş olacaq.

Dəniz Pənahova

Seçilən
3
50
tribunainfo.az

10Mənbələr