“Valideynlər belə hala yol verməməlidirlər. Əsas uşağın nə istədiyi, bacarığı və biliyinin həmin ixtisasa uyğun olmasıdır".
Bunu “Yeni Sabah”a psixoloq Vüsalə Rüstəm bildirib.
O, sabah bitəcək ali məktəblərə ixtisas seçimində abituriyent və valideyn istəyinin toqquşmasından danışıb: Dördpendirli pizza
"Məsələn, abituriyent özünü müəllim peşəsində görür, amma əsəbidir, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkir. Valideyn öz uşağında bu qüsurları görmür. Universiteti bitirən gənc isə sonradan əsəbiliyi ilə böyük problem yaradır. Şagirdlər ona nifrət edir və sonda müəllim kimi şəx nüfuz qazana bilmir. Belə misallar həddindən artıq çoxdur. Çox savadlı cərrahdır, ancaq şəxsi keyfiyyətləri yoxdur.
Peşə seçimində bilik-bacarıqdan ən vacibi peşəyə uyğun psixoloji parametrlər, gənc üçün yol göstərən insan dünyagörüşlü olmalıdır”.
Psixoloq vurğulayıb ki, artıq yox olmaq üzrə olan peşələr var:
"Uşağı perspektivi olmayan peşəyə yönləndirmək olmaz. “Hər kəs ali təhsil almalıdır” adlı bir qanun yoxdur. Sevmədiyin peşə insana əzab verir, gec-tez ondan yaxa qurtarmağa çalışırsan.
Heç bir peşə pis deyil, onu gözdən salan vaxtında düzgün seçim etməyib. Peşə nüfuzu şəxslərin xarakterinə bağlıdır. Düzgün seçim üçün abituriyent öz istəyinə diqqət etməli, məsləhət verən, dünyagörüşlü insanlarla məsləhətləşməlidirlər. Bəzən gənc yaşlarda insan təcrübəsizlikdən səhv edə bilir. Peşə seçimi insan kimi yararlı ola biləcəyimiz yol xəritəsidir. Nə qədər faydalı ola biləcəyimiz isə bilik, bacarıq, xarakterimizdən asılıdır”.
Aytac Əliyeva
Telegram kanalımız