AZ

Mirziyoyev: Azərbaycan Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynayır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynadığını bəyan edib.

O, bu gün "Özbəkistan, Azərbaycan və Avropa - ümumi inkişaf naminə əməkdaşlıq" yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində bunu bildirib.

Onun sözlərinə görə, forum Mərkəzi Asiyanı dünyaya təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərini, eləcə də regionlararası əlaqələrin gücləndirilməsini müzakirə etmək üçün unikal imkan yaradır.

O, Özbəkistan və Azərbaycanın daha çox istifadə edilə biləcək əhəmiyyətli potensialını qeyd edib.

Prezident Mirziyoyev Azərbaycan-Özbəkistan münasibətlərinin qarşılıqlı etimad və dəstək ruhunda fəal inkişafını vurğulayıb.

Seçilən
0
50
aznews.az

10Mənbələr