AZ

Məktəbə qayıdışda uşaqlar üçün yuxu rejimi necə qurulmalıdır?

Uşaqlar üçün yay tətili azadlıq və qaydasızlıq demək olsa da, məktəblərin açılması ilə erkən yatmaq və oyanmaq kimi yeni bir rejim başlayır. Uzun fasilədən sonra məktəbə dönüş zamanı düzgün yuxu rejimi formalaşdırmaq uşaqların sağlamlığı və məktəb uğuru üçün vacibdir.

 

Pravda.az bildirir ki, 6–12 yaşlı uşaqlar gündə 9–12 saat, 13–18 yaşlı yeniyetmələr isə 8–10 saat yuxuya ehtiyac duyur. Yuxusuzluq və nizamsızlıq isə diqqət pozuntusu və akademik geriləmə ilə nəticələnə bilər.

 

Uşaqların bu keçidə uyğunlaşması üçün 2 həftə əvvəlcədən tədricən erkən yatıb-oyanma saatları tətbiq edilməli, ekran istifadəsi yuxudan 1 saat əvvəl dayandırılmalı, yataq öncəsi rituallar (kitab oxuma, musiqi, diş fırçalama və s.) yaradılmalıdır. Fiziki fəaliyyət və yüngül qidalanma da yuxu keyfiyyətini artıran amillərdəndir.

 

Ekspertlər valideynlərə səbirli və dəqiq davranmağı, hər gün eyni vaxtda yatıb oyanmağı və uşağın bioloji saatına uyğunlaşmağa vaxt verməyi tövsiyə edirlər. Bu sadə addımlarla məktəbə dönüş dövrü daha rahat keçə bilər.

 

Əminə Bayramova

Tarix: 18 Avqust 2025, 15:23   
Seçilən
53
8
pravda.az

10Mənbələr