AZ

Azərbaycanın xaricdən idxal etdiyi elektromobillər 7,6 min dollar ucuzlaşıb - RƏQƏMLƏR

Bu ilin ilk 7 ayında Azərbaycana 38,1 milyon dollar dəyərində 1 min 180 ədəd yalnız elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektromobil idxalı həm say, həm də dəyər baxımından kəskin azalıb. İdxal olunan elektromobillərin sayı 612 ədəd və ya 34,1%, ümumi dəyəri isə 33,4 milyon dollar və ya 46,7% azalıb.

Əvvəlki ildə Azərbaycana 71,5 milyon dollar dəyərində 1 min 792 ədəd elektromobil idxal edilmişdi.

Qeyd edək ki, 1 ədəd elektromobilin orta idxal qiyməti bu il 32 min 313 dollar (54 min 932 manat) təşkil edib. Bu, ötən ilki göstərici (39 min 921 dollar və ya 67 min 866 manat) ilə müqayisədə 7 min 608 dollar və ya 19,1% azalma deməkdir.

Seçilən
55
50
fed.az

10Mənbələr