AZ

İsrail bir il ərzində onlarla İran casusunu həbs edib

Son bir il ərzində Şabak və İsrail polisi İranın xüsusi xidmət orqanları tərəfindən vətəndaşların casusluğa cəlb edilməsi ilə bağlı 25-dən çox faktı üzə çıxarıb. 40-dan çox israilli, bəziləri müharibə zamanı düşmənlə əlbir olmaqda ittiham olunub. “The New York Times” İsrail təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazıb.

Qəzetin qeyd etdiyi kimi, İran kəşfiyyat xidmətləri 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan sonra İsrail sakinlərini casusluğa cəlb etmək cəhdlərini gücləndirib. Çox vaxt sadə vətəndaşlara messencerlərdə asan pul təklif edən mesajlar göndərilir. Tapşırıqlar potensial icraçıya bayağı görünür, məsələn, şəhərin hardasa hökumət əleyhinə şüar yazıb, bunun üçün yaxşı pul qazanmaq. Ancaq sonra vəzifələr daha ciddi olur: avtomobilləri yandırmaq, elektrik şəbəkələrini partlatmaq və hətta konkret şəxsləri öldürmək.

“İranlılar missiyalarını yerinə yetirmək üçün onlayn olaraq israilliləri işə götürmək üçün böyük bir kampaniyaya böyük miqdarda pul və resurs yatırırlar”, - Şabak bəyanatında deyilir. İsrail hökuməti isə öz növbəsində radio və sosial media vasitəsilə vətəndaşlara xəbərdarlıq edib ki, “asan pul” illərlə həbs cəzası şəklində “ağır nəticələrə” səbəb ola bilər.

Əziz MUSTAFA

Seçilən
102
50
oxumeni.az

10Mənbələr