AZ

Kaladze: Yeni “məxməri inqilab” hazırlanır

"Dərin dövlət timsalında xarici qüvvələr Gürcüstanda iğtişaşlar və inqilablar törətmək cəhdlərindən əl çəkmir".

Yenisabah.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

Bundan əvvəl Böyük Britaniyanın Litvada gənc fəallara polislə qarşıdurma üsulları öyrətməsinə dair məlumat yayılıb. İşdə “Britaniya-Gürcüstan Cəmiyyəti” və “Beynəlxalq Strateji Araşdırmalar İnstitutu” təşkilatları iştirak edir. Dördpendirli pizza

Kaladze bildirib ki, son illər Gürcüstanda xarici qüvvələrin köməyi ilə bir neçə dəfə inqilab etmək cəhdləri olub, lakin nəticəsiz qalıb.

Onun sözlərinə görə, eyni cəhd bu dəfə də nəticə verməyəcək.


Telegram kanalımız
Seçilən
27
8
yenisabah.az

10Mənbələr