AZ

Pezeşkian Ermənistan səfərində Şimal-Cənub Dəhlizi haqda danışıqlar aparacaq

Bakı. TurkicWorld

Ermənistan səfəri çərçivəsində İran və Ermənistan araısnda danışıqlardan birinin mövzusu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqda olacaq.

TurkicWorld-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (18 avqust) Ermənistana səfər etməzdən öncə Tehranda verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, bu dəhliz iki ölkənin əməkdaşlığının inkişaf etməsi üçün yeni imkanlar yarada bilər.

Pezeşkian deyib ki, həmçinin, Şərq-Qərb marşrutu regional ticarətin sadələşməsi və inkişafı istiqamətində uyğun infrastruktur ola bilər.

İran prezidenti qeyd edib ki, İranın nigaranlığından biri ABŞ şirkətlərinin regiondakı iştirakıdır. Öncəki təcrübələr göstərir ki, bu şirkətlərdən bəzisi ticarət fəaliyyətləri adı altında gözlənilməz və xoşagəlməz addımlar atıblar. Elə buna görə, nigaranlıqlar və əlaqədar problemlərlə əlaqədar ciddi danışıqlar aparılacaq.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Seçilən
39
39
turkic.world

10Mənbələr