AZ

Bu il Azərbaycan xaricdən 1 milyard dollarlıq minika vtomobili alıb

Bu ilin ilk 7 ayında ölkəyə 1 milyard 60 milyon dollar dəyərində 58 min 44 ədəd minik avtomobili idxal olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı həm say, həm də dəyər baxımından artıb.

İdxal edilən avtomobillərin sayı 12 min 27 ədəd və ya 26,1%, ümumi dəyəri isə 229,9 milyon dollar və ya 27,7% artıb.

Əvvəlki ildə Azərbaycana 830,5 milyon dollar dəyərində 46 min 17 ədəd minik avtomobili gətirilmişdi.

Qeyd edək ki, 1 ədəd minik avtomobilinin orta idxal qiyməti bu il 18 min 270 dollar (31 min 59 manat) təşkil edib. Bu, ötən ilki göstərici (18 min 45 dollar və ya 30 min 677 manat) ilə müqayisədə 225 dollar və ya 1,2% artım deməkdir.

Seçilən
22
50
fed.az

10Mənbələr