AZ

Kişilər daha çox sevir, yoxsa qadınlar? -Psixoloqdan RƏY

Sevgi insan həyatının ən mürəkkəb, ən gözəl və bəzən də ən anlaşılmaz duyğularından biridir. Amma tez-tez sual olunur: Kişilər daha çox sevir, yoxsa qadınlar?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan psixoloq Vüsalə Əmiraslanova qeyd etdi ki, qadınların psixologiyası ilə kişilərin psixologiyası arasında çox böyük fərq var:

"Qadınlar daha emosional, kişilər isə daha çox məntiqsəl olur. Ona görə də çox vaxt qadınlar daha ürəkdən sevir deyirlər. Amma əlbəttə ki, bu, şəxsiyyətə, fərdə, xarakterinə və temperamentinə görə dəyişir. Yəni biz konkret olaraq qadınların və ya kişilərin daha çox sevdiyini dəqiq deyə bilmirik, çünki bu, şəxsiyyət məsələsidir və şəxsiyyətə bağlı olan bir məsələdir.

Bəzən emosional zəkası inkişaf etmiş kişilərdə daha dərin və daha duyğusal sevgi ola bilir. Ona görə də bu, yalnız qadının və ya kişinin psixologiyasına aid deyil. Düşünürəm ki, bir psixoloq olaraq 16 illik təcrübəm var və qadınların da dərin sevdiyini görmüşük. Amma qadınlar emosional olduqları üçün daha fərqli emosiyalar yaşayır və yeni bir insanı həyatlarına daxil edə bilirlər. Kişilərdə isə birinə daha çox sevgi və bağlılıq hissi varsa, onlar üçün başqa bir partnyoru həyatlarına sevgi baxımından ciddi şəkildə daxil etmələri bir az uzun müddət ala bilər. Ona görə də kişilər haqqında deyirlər ki, “kişilər bir dəfə sevir, ölənə qədər sevir”, amma psixologiya bunun əksini də sübut edə bilir", - deyə müsahibimiz sonda fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
57
45
redaktor.az

10Mənbələr