AZ

“İsrail qəzzalılar qəsdən aclıqdan öldürür” “Amnesty İnternational”

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İnsan haqları təşkilatı “Amnesty International” avqustun 18-də İsraili Qəzzada aclığa səbəb olmaq üçün “qəsdən siyasət” yürütməkdə ittiham edib.

Yeniavaz.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı və humanitar qruplar Fələstin ərazisində kütləvi aclıq böhranı barədə tez-tez bəyanatlar verirlər.

Qəzza zolağına humanitar yardımı ciddi şəkildə məhdudlaşdıran İsrail qəsdən aclığa səbəb olmaq ittihamlarını rədd edir. Qəzza 22 aydır ki, hücuma məruz qalır.

Köçkün fələstinliləri və aclıqdan zəifləmiş uşaqları müalicə edən həkimlərin ifadələrinə əsaslanan hesabatda təşkilat yazır ki, İsrail işğal olunmuş Qəzza zolağında aclığa səbəb olmaq üçün qəsdən kampaniya aparır.

Təşkilat İsraili fələstinlilərin sağlamlığını, rifahını və cəmiyyətini sistemli şəkildə məhv etməkdə ittiham edir.

“İsrailin son 22 ay ərzində hazırladığı və həyata keçirdiyi planlar və siyasətlər Qəzzada fələstinlilər üçün onların fiziki məhvinə səbəb olmaq üçün nəzərdə tutulmuş yaşayış şəraiti yaratmaq məqsədi daşıyır. Bu, İsrailin Qəzzada fələstinlilərə qarşı törətdiyi soyqırımın əsasını təşkil edir”, - “Amnesty International” yazıb.

İsrail rəsmiləri hələlik bu xəbəri şərh etməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
36
yeniavaz.com

10Mənbələr