AZ

“Santos” Neymara yeni baş məşqçi axtarışına çıxdı

Braziliyanın “Santos” komandasının baş məqşçisi Kleber Xavyer A Seriyasının cari mövsümündəki uğursuz nəticələr səbəbindən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi 61 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyini bəyan edib.

Xatırladaq ki, Braziliya A Seriyasının 20-ci turu çərçivəsində “Santos” doğma meydanda “Vasko da Qama” ilə qarşılaşıb. Oyun “balıqlar”ın 0:6 hesablı gözlənilməz məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Santos”da Braziliya millisinin üzvü Neymar da çıxış edir. Ulduz hücumçu komandasının bu ağır məğlubiyyətindən acı göz yaşlarına boğulub. Komanda yoldaşları ona təskinlik verməyə çalışsalar da, braziliyalı ulduz stadionu gözüyaşlı tərk edib.

Xatırladaq ki, komanda 19 oyundan sonra 21 xalla 15-ci pillədə qərarlaşıb. Klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışına start verib.

Seçilən
285
13
arena.az

10Mənbələr