Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyalı müğənni Tatyana Bulanova Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "PostNews" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, sənətçinin siyahıya salınmasına səbəb onun Ukraynadakı müharibədə iştirak edən yaralı hərbçilər qarşısında çıxış etməsi olub.
Bulanovanın "Mirotvorets" saytındakı kartında onun müharibə təbliğatı ilə məşğul olduğu və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməyə cəhd etdiyi bildirilir.
Resurs, həmçinin müğənnini Rusiya hökumətinin Ukraynaya və onun vətəndaşlarına qarşı cinayətlərinin ortağı da adlandırır.
Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.