AZ

Bəqayi: BAEA ilə danışıqlar tezliklə başlaya bilər

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında məlumat verib. İran və BAEA arasında son illərdə münasibətlər gərgindir. Agentliyin iddiasına əsasən, İran öz nüvə proqramı üzrə qeyri-şəffaf fəaliyyət göstərir, müfəttişlərin nəzarətini məhdudlaşdırır. İran hökuməti isə BAEA-nı ABŞ və İsrailin təzyiqi əsasında qeyri-obyektiv və siyasi məğzdə yanaşmada təqsirləndirir.

İran BAEA ilə məsləhətləşmələrə yenidən başlayacaq

Digər tərəfdən, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb. Müharibə fonunda BAEA-nın və şəxsən Rafael Qrossinin fəaliyyətsizliyinə görə İranla agentliyin münasibətləri də gərginləşib. Prezident Məsud Pezeşkiyan iyulun 2-də agentliklə əməkdaşlığın dayandırılması üzrə fərman verib. Xarici işlər naziri Abbas Əraqçi isə vurğulayıb ki, "bu qərara baxmayaraq, əlaqələrin bərpası həmişə mümkündür". Rəsmi Tehran BAEA ilə əməkdaşlığın bərpası üçün nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi şərtini irəli sürüb. Eyni zamanda, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi avqustun 12-də yerli mətbuata müsahibəsində diqqətə çatdırıb ki, Tehran BAEA ilə əməkdaşlığı canlandıracaq. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
azvision.az

10Mənbələr