ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski avqustun 18-də Avropa liderləri ilə danışıqlardan əvvəl Ağ Evin Oval kabinetində ikitərəfli görüş keçirəcək.
Ulusal.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd edilib ki, saat 13:15-də (Bakı vaxtı ilə 21:15) Oval kabinetdə ABŞ və Ukrayna prezidentləri arasında görüş baş tutacaq. Bu danışıqlarda ABŞ-ın vitse-prezidenti J.D.Vens də iştirak edəcək. Görüşdən təxminən iki saat sonra, saat 15:00-da (Bakı vaxtı ilə 23:00) Avropa liderlərinin iştirakı ilə daha geniş söhbət baş tutacaq.