AZ

Bloomberg: Zelenski çıxılmaz vəziyyətdə qalıb...

Ukrayna lideri ya Trampın qəzəbinə tuş gələ, ya da sürətli razılaşmaya məcbur ola bilər...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski hazırda son dərəcə çətin vəziyyətdədir. Bloomberg yazır ki, o, ya ABŞ prezidenti Donald Trampın qəzəbinə səbəb olmaq riski daşıyır, ya da müharibəyə son qoya biləcək, lakin ölkəsi üçün ağır nəticələr doğuracaq sürətli sülh sazişinə razılıq verməlidir.

Mənbələrin məlumatına görə, belə bir razılaşma müharibəni dayandıra bilər, amma Ukrayna üçün bunun əvəzində “katastrofik qiymət” – ərazi güzəştləri qarşılığında qeyri-müəyyən təhlükəsizlik zəmanətləri demək olacaq. Ekspertlər xəbərdarlıq edirlər ki, bu, Moskvanın bir neçə ildən sonra daha da güclənmiş halda geri dönməsinə yol aça bilər.

Bloomberg qeyd edir ki, Zelenskinin əsas məqsədlərindən biri yeni ABŞ-Ukrayna münasibətlərində gərginliyin yaranmamasıdır. Bununla yanaşı, o, Trampın marağını saxlamağa, Rusiya prezidenti Vladimir Putinin real tələblərini öyrənməyə, üçtərəfli görüşün vaxtını müəyyənləşdirməyə və ABŞRusiyaya qarşı daha sərt sanksiyalara sövq etməyə çalışır.

Bununla belə, avropalı rəsmilərin sözlərinə görə, Zelenskinin bu məqsədlərə nail olub-olmayacağı çox dərəcədə Putinin Trampın düşüncələrinə hansı dərəcədə təsir göstərməsindən asılı olacaq.

Poliqon.info

Seçilən
56
50
poliqon.info

10Mənbələr