Finss.az - Azərbaycanda tütün məmulatlarının istehsalı 8 faiz artıb
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 564,2 milyon manatlıq tütün məmulatları istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sözügedən dövrdə ölkədə 9 072,1 milyon ədəd siqaret və siqar istehsal edilib. Bu da 9,7%-lik artım deməkdir.
Ümumilikdə, yanvar-iyul aylarında Azərbaycanda 1 118,6 ton tütün istehsal olunub. Hazır məhsul ehtiyatı isə 518,8 ton təşkil edib.
Əlavə bax: ABŞ-da kommersiya xam neft ehtiyatları 3 milyon barel artıb