AZ

Xameneinin müşaviri: Ən pis ssenariyə hazırlıq görürük

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İsrail və ya ABŞ ilə yeni müharibə hər an başlaya bilər".

Oxu.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri, general Rəhim Səfəvi deyib.

O qeyd edib ki, İran atəşkəs rejimində yox, müharibə vəziyyətindədir.

"Bizimlə ABŞ və ya İsrail arasında heç bir protokol, qayda və ya razılaşma olmayıb", - deyə iranlı general vurğulayıb.

Rəhim Səfəvi qeyd edib ki, İran güclü olmalıdır, əks halda tapdaq altında qalacaq.

"Biz diplomatik, media, raket, dron və kiberhücum strategiyamızı gücləndirməliyik. Biz hərbçilər ssenarilər üzərində işləyirik, ən pis ssenarini görürük və bunun üçün plan hazırlayırıq", - R.Səfəvi fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
oxu.az

10Mənbələr