AZ

Fələstinli qadın İrana casusluğa görə saxlanılıb

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

İsrailin "Kanal 12" telekanalının hökumət mənbələrinə istinadən verdiyi xəbərə görə, yerli polis sözügedən qadını İsrail Ordusunun və daxili təhlükəsizlik xidməti "Şin-Bet"in kəşfiyyat məlumatı əsasında avqustun 6-da ələ keçirib. Bildirilib ki, hazırda istintaq aparıldığı üçün şübhəliyə qarşı sürülən ittihamların təfərrüatı açıqlanmayıb. "Kanal 12" diqqətə çatdırıb ki, qadın ilkin istintaqda bəzi ittihamları boynuna alıb. O, İranın kəşfiyyat xidmətinin əməkdaşı ilə ilə əlaqə saxladığını, ondan tapşırıqlar alıb yerinə yetirdiyini söyləyib. Hərbi məhkəmə şübhəli qadın barəsində həbs qətimkan tədbiri seçərək, iddiaları əsaslandırmaq üçün polisdən əlavə sübutlar istəyib. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
50
azvision.az

10Mənbələr