İsrailin "Kanal 12" telekanalının hökumət mənbələrinə istinadən verdiyixəbərəgörə, yerli polis sözügedən qadını İsrail Ordusunun və daxili təhlükəsizlik xidməti "Şin-Bet"in kəşfiyyat məlumatı əsasında avqustun 6-da ələ keçirib. Bildirilib ki, hazırda istintaq aparıldığı üçün şübhəliyə qarşı sürülən ittihamların təfərrüatı açıqlanmayıb.
"Kanal 12" diqqətə çatdırıb ki, qadın ilkin istintaqda bəzi ittihamları boynuna alıb. O,İranın kəşfiyyat xidmətinin əməkdaşı ilə əlaqə saxladığını, ondan tapşırıqlar alıb yerinə yetirdiyinisöyləyib.
Hərbi məhkəmə şübhəli qadın barəsində həbs qətimkan tədbiri seçərək, iddiaları əsaslandırmaq üçün polisdən əlavə sübutlar istəyib.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta