AZ

Amorim son 16 ilin ən uğursuzudur

ain.az, Fanat saytına istinadən bildirir.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Premyer Liqada son 16 ilin ən pis göstəricisinin müəllifi kimi tarixə düşüb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bu, komandanın ilk turda doğma meydanda "Arsenal"a uduzması ilə reallaşıb.

Mənbənin hesablamasına görə, portuqaliyalı mütəxəssis "qırmızı şeytanlar"ın baş məşqçisi kimi 15-ci məğlubiyyətini alıb. O, bu nəticəni 28 matçda əldə edib. Amorim 7 qələbəyə sevinib, 6 heç-heçə əldə edib. Bu nəticə isə 2009-cu ildən bəri ən pis nəticədir.

2009-cu ildə "Portsmut"un baş məşqçisi Pol Hart 27 qarşılaşmada 15 məğlubiyyət alıb və 2009/2010 mövsümünün noyabrında istefaya göndərilib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
12
fanat.az

10Mənbələr