ABŞ, Rusiya və Ukrayna arasında mümkün üçtərəfli sammit üçün ən real məkan İstanbul Atatürk Hava Limanı ola bilər.
Banker.az xəbər verir ki, bu barədə Türkiyədəki “Milliyet” qəzetinin məlumatına görə, Putin ABŞ-a və ya onu düşmən sayan Aİ ölkələrinə getməyəcək.
Tramp Rusiyaya gedə bilər, lakin Zelenski getməz, Moskva da onu qəbul etmək istəmir. Qısa müddətdə sammitə ev sahibliyi edə biləcək yeganə ölkə Türkiyədir. Atatürk Hava Limanı həm təhlükəsizlik, həm də siyasi baxımdan ən uyğun məkan sayılır.
Qəzet yazır ki, Türkiyə həm NATO üzvüdür, həm də Rusiya ilə münasibətlərini qoruyur, barış danışıqları da əvvəllər yalnız İstanbulda təşkil olunub.