AZ

Premyer Liqada qalmaqallı epizod: VAR qolu niyə ləğv etdi?

İngiltərə Premyer Liqasının 1-ci turu çərçivəsində "Çelsi" və "Kristal Pelas" arasında keçirilən matçda azarkeşlərin böyük etirazına səbəb olan qalmaqallı an yaşanıb.

Publika.az xəbər verir ki, yarımmüdafiəçi Eberiçi Eze cərimə zərbəsindən möhtəşəm qol vuraraq hesabı açıb. Lakin onun sevinci uzun çəkməyib.

Hakim VAR-ın tövsiyəsindən sonra qolu ləğv edib. Səbəb isə "Kristal Pelas" müdafiəçisi Mark Qehinin zərbə zamanı "Çelsi"nin canlı səddinə bir metrdən yaxın məsafədə dayanması olub. Qaydalara görə bu, pozuntu sayılır və hakim qol əvəzinə əsk tərəfə cərimə zərbəsi təyin edib.

Bu qərar azarkeşlər arasında böyük narazılıq doğurub. Sosial şəbəkələrdə qərar “futbol üçün utanc” və “oyunun öldürülməsi” kimi dəyərləndirilib. Xüsusilə də Ezenin zərbəsinin oyunun bəzəyi ola biləcəyi vurğulanıb.

Nəticədə oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Lakin bu epizod futbol ictimaiyyətində mübahisəli qaydalarla bağlı müzakirələri yenidən gündəmə gətirib.

Seçilən
20
35
publika.az

10Mənbələr