AZ

"Deha"nın Karqası Taner Rumeli 13 illik sevgilisi ilə evləndi

"Deha"nın Karqası Taner Rumeli 13 illik sevgilisi ilə evləndi"Deha", "Afilli Aşk" və "Baba" seriallarındakı uğurlu performansları ilə tanınan aktyor Taner Rumeli şəxsi həyatındakı xoşbəxt hadisə ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Rumeli, 13 ildir birlikdə olduğu sevgilisi Ceyda Aşık ilə Tekirdağda keçirilən xına mərasimi və toyla ailə həyatı qurub.

"Deha" serialında canlandırdığı "Karga" obrazı ilə yadda qalan aktyor, ötən ilin aprel ayında Ceyda Aşık ilə nişanlanaraq evlilik yolunda ilk addımı atmışdı.

Nişandan sonra Tekirdağda təşkil edilən xına gecəsi ilə hazırlıqlarını davam etdirən cütlük, dünən baş tutan toy mərasimi ilə rəsmi olaraq evləndi.

Xına və toy mərasimində həm ailələri, həm də yaxın dostları cütlüyü tək buraxmadı. Şənlikdə xoş anlar yaşanarkən, Taner Rumeli və Ceyda Aşıkın xoşbəxtliyi kameralara əks olundu.

Seçilən
51
3
sonxeber.az

10Mənbələr