AZ

Fərid Hüseynin kitabı Şimali Makedoniyada təqdim edildi

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin Şimali Makedoniyada nəşr olunan “Yuxu kimi” («Kako coн») adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, kitab təqdimatı Ohrid şəhərinin “Shilla” Mərkəzində baş tutub.

Təqdimatda Makedoniyanın tanınmış ziyalıları, qələm adamları, oxucular, o cümlədən dünyanın müxtəlif ölkələrindən Velestova Poeziya Festivalına qatılan şairlər iştirak ediblər.

Tədbirin aparıcısı və kitabın tərcüməçisi, şairə Juliana Veliçkovskaya qonaqları salamlayandan sonra gənc şairin yaradıcılığı haqqında söhbət açaraq deyib: “Fərid Hüseyn poeziyası insanın yaşadığı şəxsi hadisələri zamanın böyük olayları ilə vəhdətdə əks etdirir. O, sadə və aydın yazır. Şeirlərində oxucuların yaddaşına həkk olunan orijinal təsvirlər yaradır. Onun rəngarəng poeziyasının mövzularının sərhədi sevdiyi insana, Vətənə olan məhəbbətə, yaxud o duyğuları bizdə formalaşdırmış ədəbi və tarixi şəxsiyyətlərə qarşı heyranlığa qədər uzanır. O, həmçinin şeirlərində şəxsi itki, intizar və özünüaxtarış məsələlərindən bəhs edir, insanın mahiyyətcə hara və nəyə mənsub olması sualını qaldırır, bununla yanaşı, yaşadığımız reallıqlara şahid nəzərləri ilə poetik münasibət bildirir”.

Tədbirdə Fərid Hüseyn şeirlərini oxuyub və kitabı haqqında ona ünvanlanan suallara cavablandırıb. Eyni zamanda ədəbi gecədə tanınmış makedoniyalı qiraətçilər gənc şairin şeirlərini səsləndiriblər. Şimali Makedoniyanın «ПНВ Публикации» nəşriyyatında çap olunan kitaba F.Hüseynin 30 şeiri daxil edilib.

Qeyd edək ki, Fərid Hüseyn cari ilin 15-17 avqust tarixlərində Şimali Makedoniyada keçirilən Veleostova Poeziya Festivalında Azərbaycan ədəbiyyatını təmsil edib.

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

Castin Timberleyk xəstəliyini açıqladı

"Çalışqanlıq mifinə aldanan işçi sinfi..." - Qreqor Samsanın böcəyə çevrilməsi nəyi simvollaşdırır?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
50
kulis.az

10Mənbələr