AZ

Tramp Putinin şərtləri əsasında sülh sazişi bağlasa, nə baş verəcək?

ABŞ prezidenti Donald Tramp cümə günü keçirilən sammit zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibətinin kəskin şəkildə dəyişdiyini nümayiş etdirib və bu, onun şəxsi instinkt və taktiki impulslara əsaslanan siyasətinin bariz nümunəsinə çevrilib. 

HİT.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bunun sülhün başlanğıcı olacaq, yoxsa sakitləşdirmə siyasəti hələlik məlum deyil.

Görüşdən əvvəl Tramp atəşkəs razılaşmasının olmadığı halda “ağır nəticələr” vəd edib. Lakin sammitin ardınca o, bu tələbdən imtina edib və Rusiya neftinin alıcılarına qarşı yeni sanksiyalar məsələsini gündəmdən çıxarıb. Əvəzində Amerika prezidenti bildirib ki, müqavilə bağlamaq yükü indi Ukraynanın üzərinə düşür.

Avropa liderləri bildiriblər ki, Putin danışıqlar zamanı Donetsk bölgəsinə tam nəzarət tələb edib ki, bu da Kiyev üçün şərqdə əsas müdafiə xəttinin itirilməsi deməkdir. Ağ Evdən sızan məlumatlara görə, Putin bu güzəştlər müqabilində hücumu dayandıracağına söz verib. Rusiyalı şərhçilər artıq görüşün nəticələrini Kremlin qələbəsi adlandırıblar.

Buna baxmayaraq, avropalılar Trampın Putinin Ukrayna üçün “təhlükəsizlik zəmanəti”ni qəbul etməyə razı olması ilə bağlı bəyanatında müsbət məqam görürlər. Bununla belə, bunun xarici qoşunlar, hərbi dəstək və ya gücləndirilmiş müdafiə əməkdaşlığı ilə bağlı olub-olmayacağı barədə hələlik heç bir təfərrüat yoxdur.

"Zəmanətlərin real çəkindirici təsirə malik olması üçün onlara Ukraynadakı xarici qoşunlar daxil olmalıdır. Kiyev öz hərbi və silah sənayesini inkişaf etdirmək qabiliyyətinə ehtiyac duyacaq. Birləşmiş Ştatlar quru qüvvələrini dəstəkləmək üçün kəşfiyyat və hava qüvvələri ilə təmin etməli olacaq. Cənab Tramp və ya cənab Putin bunların hər hansı birinə razı olacaqmı, aydın deyil", deyə nəşr yazır.

Tramp Volodimir Zelenskini bazar ertəsi Ağ Evdə Avropa liderləri ilə görüşə dəvət edib. Onlar Kremlin rəvayətlərini təkzib etməyə və təhlükəsizlik zəmanətlərinin real şərtlərini aydınlaşdırmağa çalışacaqlar. Eyni zamanda, müşahidəçilər vurğulayırlar: əsl sülhün memarı olacaqmı, yoxsa deklarativ uğur naminə güzəştə gedəcəyini indi müəyyən edəcək Trampdır. 

Nəşr yazır: "Avropalılar və Ukrayna da təsir rıçaqlarından məhrum deyil. Tramp Ukraynanı tərk edərsə və ya Putinin şərtləri ilə razılığa gəlməyə çalışarsa, böyük siyasi bədəl ödəyəcək. Prezident istədiyi hər şeyi deyə bilər ki, bu, onun deyil, Co Baydenin müharibəsidir. Amma istəsən də, istəməsən də, bundan sonra nə olacağı onun öz işidir. Ukraynanın məğlubiyyəti onun prezidentliyinin qalan müddətində həm ölkə daxilində, həm də bütün dünyada yüksək səslə səslənəcək".

Sual, əvvəlki kimi, qalır: sülh nəyin bahasına əldə ediləcək?

Samir
 

Seçilən
71
50
hit.az

10Mənbələr