AZ

Makronun təklifi aranı qatdı: daha böyük müharibə təhlükəsi

  Fransa Prezidenti Emmanuel Makronun Avropa sülhməramlı kontingentinin Ukraynaya göndərilməsi təşəbbüsü Qərb müttəfiqləri arasında kəskin fikir ayrılığına səbəb olub.

Referans  xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.

Qeyd edilib ki, İtaliyanın Baş naziri Corca Meloni bu ideyaya qarşı çıxıb.

“Rusiyanın bir milyon üç yüz minlik ordusu var. Bu vəzifəni yerinə yetirmək üçün biz nə qədər qoşun göndərməliyik?” – Baş nazir bildirib.

 
Meloninin fikrincə, Avropa ölkələrinin birbaşa hərbi müdaxiləsi Alyansı genişmiqyaslı bir münaqişəyə sürükləyə bilər. Bundan əlavə, İtaliya baş naziri sülhməramlılar arasında mümkün itkilər və sərt cavabın zəruriliyi ilə bağlı narahatlığını ifadə edib.

Xatırladaq ki, bir qədər əvvəl “Bloomberg” yazdığı xəbərə görə, Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisində sülhməramlı qüvvələrin yerləşdirilməsi və bu ölkəyə təhlükəsizlik zəmanətlərinin verilməsi məqsədilə 37 dövlətdən ibarət koalisiya formalaşdırmağı planlaşdırır. Lakin Britaniya Silahlı Qüvvələrinin nümayəndələri bu təşəbbüsləri “siyasi teatr” kimi qiymətləndirib./Globalinfo.az  

Seçilən
99
34
referans.az

10Mənbələr